Müharibə Zelenski üçün “Ya Ölüm, Ya Qalım” Məsələsidir

Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzya, BMT Təhlükəsizlik Şurasının Ukrayna ilə bağlı iclasında Qərb və Kiyev rəhbərliyinə qarşı kəskin ittihamlar səsləndirib. Rusiyalı diplomatın sözlərinə görə, Ukrayna Prezidenti Vladimir Zelenski üçün müharibənin davam etməsi həm siyasi, həm də fiziki sağ qalma faktoruna çevrilib.

ELAZ.İNFO xəbər verir ki, Vasili Nebenzya BMT-dəki çıxışında Avropa dövlətlərinin Ukrayna strategiyasını tənqid edib. O bildirib ki, Qərbin təhlükəsizlik vədləri yalnız münaqişənin davamı şərtinə söykənir. Nebenzya qeyd edib ki, Avropa dövlətləri Ukraynaya təhlükəsizlik zəmanəti verməyə hazır olduqlarını bildirsələr də, bu vədlər yalnız bir şərtlə qüvvədədir: Ukraynanın Rusiya ilə müharibəni davam etdirməsi. > “Avropa, görünür, Ukraynaya təhlükəsizlik zəmanətlərini yalnız Kiyev rejimi Rusiyanın düşməni olduğu və müharibəni davam etdirdiyi müddətcə verməyə hazırdır”, — deyə Nebenzya vurğulayıb. Rusiyanın daimi nümayəndəsi Zelenskinin Münhen Təhlükəsizlik Konfransındakı çıxışına istinad edərək bildirib ki, Ukrayna lideri sülh danışıqlarında maraqlı deyil:

Müharibə Zelenski üçün həm siyasi hakimiyyəti qorumaq, həm də fiziki mövcudluğunu təmin etmək vasitəsidir. Nebenzya iddia edir ki, Zelenski sülhə ehtiyacı olmadığını özü birbaşa ifadə edib. Diplomatın fikrincə, Qərb ölkələri Kiyevi danışıqlardan uzaq tutaraq münaqişəni körükləyir. Nebenzya xatırladıb ki, Ukrayna ilə bağlı hər hansı razılaşma mütləq şəkildə Rusiyanın təhlükəsizlik narahatlıqlarını nəzərə almalıdır. O, həmçinin Avropanın Rusiya-Ukrayna-Qərb formatında üçtərəfli danışıqlara meyilli olmadığını qeyd edib.

Ruslan MƏMMƏDOV

Bizi izləyin və paylaşın
Verified by MonsterInsights