Xankəndi abidəsi, saxta erməni memarlığı və oğurluq simvollar

ELAZ.İNFO

Hər dəfə Qarabağa yolum düşəndə, işlərimin ortasında çalışıram ki, yerli abidələri və mədəniyyət nümunələrini araşdırım. Bu səfər zamanı çox gərgin bir iş zamanı ermənilərin saxtakarlıqlarını ifşa edən iki abidəni araşdıra bildim. Birincisi illərdir ermənilərin öz memarlığı kimi təqdim etdiyi, lakin simvol və forması ilə yanaşı tikili materialları belə oğurluq olan “Biz və bizim dağlar ” abidəsi barədə qeydləri sizlərə təqdim edirəm.

Xankəndində bu heykəlin müəllifi Sərkis Baqdasaryandı. İtaliyada keçirilən sərgidə bu formada abidə görüb və diasporun təklifi ilə eynisini yaratmaq qərarına gəlir. Baqrat Ulubabyan, Zori Balayan və bir neçə o dövrün erməni nümayəndələri ilə məsləhətlər edilir.

Abidə qırmızı tuğdan istifadə edilərək tikilib. Ermənilər işğal etdikləri ərazilərimizdə olan qədim abidələri saxtalaşdırarkən də qırmızı tuğlardan, xaç daşlardan istifadə edirdilər. Onlar elə hesab edirlər ki, bu xaç daşlar ancaq etmənilərə məxsusdur. Tamamilə yanlışdır. Çünki erməni memarlığında qırmızı tuğdan istifadə edilməyiblər.

Qırmızı tufun “erməni memarlığı” kimi qələmə verilməsi əslində böyük bir təbliğatdır. Ciddi alimlər də təsdiq edirlər ki, Qafqaz regionunda Naxçıvanın qədim memarlıq nümunələrində, qala divarlarında və türbələrində vulkanik daşlardan, o cümlədən tuf geniş istifadə olunub. Naxçıvan isə qədim bir coğrafi ərazi olduğu üçün də ondan öncə bu regionda olan qədim xalqlar qırmızı və boz tufdan istifadə ediblər.Ermənilər Rusiyanın dəstəyi ilə bu ərazilərə köçürüldükcə və sayları artırdıqda, yerli mədəniyyətə məxsus qədimlikləri oğurlayıblar və hələ də buna davam edirlər.

Erməni memar bu tikilini yaradan zaman qədim türklərə məxsus simvolları da oğurlayaraq öz adlarına çıxıblar. Şəkildəki simvolun demək olar ki, eynisinə Səlcuq türklərinin memarlığında “Çarxı-fələk” adı ilə rast gəlirik.

Səlcuqlar bu naxışı daş üzərində böyük ustalıqla işləyirdilər. Ermənilər isə həyasızcasına bunu “Arevakhach” (Günəş xaçı) adlandırıb özününkü deməyə çalışırlar.

Qədim türklər və onlarla əlaqəsi olan digər şərq xalqları bu simvol sonsuzluğu, əbədi hərəkəti və həyatın dövranını təmsil etdiyinə inandırdılar. Bu simvolu min illər əvvəl, hələ xalqların müasir adları formalaşmamışdan qabaq Mesopotamiya, Misir, Hindistan və hətta qədim Avropa xalqlarındada görə bilərik. Biraz xırda fərqlərlə də olsa hamısında oxşar məna var idi

Qədim türk xalqlarında (hunlar, göytürklər) bu simvol “Təngriçilik” inancında kainatın dörd tərəfini, fəsillərin dəyişməsini və ruhun əbədi dövranını bildirirdi. Səmavi dinlərdən öncə bu işarə tikilən memarlıq abidələrində çox rast gəlinir..

Ermənilər isə sadəcə özlərini xristian kimi təqdim etmək üçün qədim türk və şərq xalqlarının rəmzlərini götürüb xaçlarla birləşdiriblər və olub onların “simvolu ‘.

Azərbaycan ərazisindəki Qafqaz Albaniyası məbədlərinə baxsanız, orada da buna bənzər həndəsi naxışlar, günəş diskləri və əbədiyyət işarələri yüzlərlədir. Ermənilərin izi tozu bu torpaqlarda olmayanda Albaniya dövründə və ondan da qat qan öncə bu simvollar yerli xalqların istifadəsində idi.8 qollu quruluş isə bu günün özündə Azərbaycanın istifadə etdiyi simvoldur.

Daşın teksturası ilə simvolun oyulma dərinliyi göstərir ki, hətta bu əvvəldən orda olmayıb, bərpa adı altında sonradan ermənilər bunu ora əlavə ediblər.

Son olaraq qeyd edim ki, abidə Azərbaycan SSR büdcəsindən ayrılmış vəsait hesabına yaradılmışdır.

Zaur Aliyev

Prof.Dr.


Bizi izləyin və paylaşın
Verified by MonsterInsights