ELAZ.İNFO xəbər verir ki, artıq 3 gündür ki, Tehranın və ölkənin bir çox universitetlərində tələbələrin etiraz aksiyaları başlayıb.
Tehran Universiteti, Məşhəd Universiteti, Tehran Politexnik Universiteti, Tehran İncəsənət Universiteti və Sənəti Şərif Universitetindəki bəzi aksiyalarda hökumət tərəfdarları ilə etirazçılar arasında qarşıdurma olduğu söylənilir.
Diqqəti cəlb edən əsas məqamlardan biri də budur ki, artıq aksiyaların şüarları da dəyişib.
“Nə monarxiya , Nə dini rəhbərlik,
Ədalət və bərabərlik !” ,
“İstər şah, istər rəhbər olsun,
Zülm edənə, ölüm olsun!”
N.B