İsrail ordusunda 5 min Rusiya vətəndaşı

ELAZ.İNFO xəbər verir ki, İsrail Müdafiə Ordusunun (TSXAL) mətbuat xidməti ikili vətəndaşlığı olan hərbçilərin sayına dair rəsmi statistikanı açıqlayıb. Məlumata görə, hazırda İsrail ordusunda xidmət edən xarici pasport sahiblərinin ümumi sayı 44 mini ötüb.

Açıqlanan rəqəmlər göstərir ki,h ər 10 nəfərdən biri Rusiyalıdır. İsrail ordusunda xidmət edən ikili vətəndaşlar arasında Rusiya vətəndaşları mühüm yer tutur: 5 067 nəfər həm Rusiya, həm də İsrail pasportuna malik şəxs hazırda TSXAL sıralarındadır. Bu o deməkdir ki, İsrail ordusundakı hər 10 xarici hərbçidən biri Rusiya vətəndaşıdır. Liderlik ABŞ və Fransadadır. Statistikaya əsasən, İsrail ordusunda ən çox təmsil olunan xarici ölkə vətəndaşları aşağıdakılardır:

ABŞ: 12 135 nəfər, Fransa: 6 127 nəfər, Rusiya: 5 067 nəfər, Almaniya: 3 901 nəfər, Ukrayna: 3 201 nəfər. Siyahıda həmçinin Böyük Britaniya, Rumıniya, Polşa, Efiopiya və Kanada vətəndaşları da ilk onluqda yer alır. Maraqlı məqam odur ki, Rusiya və Ukrayna arasında davam edən müharibə fonunda, hər iki ölkənin minlərlə vətəndaşı İsrail ordusunda çiyin-çiyinə xidmət edir.

    Ekspertlər hesab edirlər ki, bu göstəricilər İsrailin hərbi gücünün formalaşmasında qlobal miqrasiyanın və yəhudi diasporunun nə dərəcədə böyük rol oynadığını bir daha sübut edir.

    Ruslan MƏMMƏDOV

    Bizi izləyin və paylaşın
    Verified by MonsterInsights