SON DƏQİQƏ: Babək prospektində hündürmərtəbəli bina yanır — Sakinlər blokadada qalıb

ELAZ.İNFO-nun əldə etdiyi məlumata görə, gecə saatlarında paytaxtın Babək prospektində yerləşən hündürmərtəbəli yaşayış binalarından birində dəhşətli yanğın baş verib. Hazırda hadisə yerində gərgin anlar yaşanır.

Fövqəladə Hallar Nazirliyinin (FHN) çoxsaylı yanğınsöndürmə briqadaları və xilasediciləri dərhal hadisə yerinə cəlb olunub. Hadisə yerindən verilən xəbərə görə, yuxarı mərtəbələrdə hələ də binadan çıxarıla bilməyən sakinlər var. FHN-in xilasetmə briqadaları binanın içində qalmış insanların təhlükəsiz şəkildə təxliyəsi ilə məşğuldur.

Hazırda Babək prospektində: FHN qüvvələri yanğının söndürülməsi və xilasetmə, Polis əməkdaşları ərazinin təhlükəsizliyinin təmini, Təcili Tibbi Yardım briqadaları isə zərərçəkənlərə ilkin yardımın göstərilməsi üçün səfərbər olunub. Yanğının səbəbləri hələlik məlum deyil. Binada qalanların xilas edilməsi istiqamətində əməliyyat bütün imkanlarla davam etdirilir.

Ruslan MƏMMƏDOV

Bizi izləyin və paylaşın
Verified by MonsterInsights