ELAZ.İNFO xəbər verir ki, Qış Olimpiya Oyunlarının yeddinci günündə Rusiya yığması iki əsas ümid yeri ilə meydana çıxır. Bu gün ümumilikdə 7 dəst medalın sahibini tapacağı yarışlarda Rusiya azarkeşləri fiqurlu kankan sürən Pyotr Qumennik və xizəkçi Saveli Korostelevin performansını həyəcanla gözləyirlər.
Xizəksürmə yarışlarında Rusiya yığmasının əsas ümidlərindən biri olan Saveli Korostelev Bakı vaxtı ilə saat 14:45-də 10 km məsafəyə sərbəst üsulla yarışa qatılacaq. Korostelev skiatlonda 4-cü olaraq medala çox yaxınlaşsa da, sprint yarışında 35-ci yeri tutub. İdmançının əsas sınağı fevralın 21-də keçiriləcək 50 kilometrlik marafon yürüşü hesab olunur.
Günün digər mühüm hadisəsi isə fiqurlu konkisürmə üzrə kişilərin fərdi yarışıdır. Pyotr Qumennik medalsız qalan komandası üçün ilk uğuru qazanmağa çalışacaq. Rusiya yığması üçün bu gün “bəxtin dönməsi” günü ola bilər, çünki indiyə qədər keçən 6 gündə rusiyalı idmançılar fəxri kürsüyə həsrət qalıblar.
Cümə günü ümumilikdə 7 idman növü üzrə qaliblər müəyyənləşəcək. Hazırda medal sıralamasında Norveç və İtaliya arasındakı gərgin rəqabət davam edir. Rusiya idmançılarının bu gün qazanacağı hər hansı bir medal onları siyahıya daxil edə bilər.
Ruslan MƏMMƏDOV