A.İ.Mursaqulov Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin sədri təyin edildi

ELAZ.İNFO xəbər verir ki, ölkə Prezidentinin sərəncamı ilə A.İ.Mursaqulov Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin sədri təyin edildi. Bununla bağlı ölkə prezidenti cənab İlham Əliyevin verdiyi sərəncamda deyilir:

-“Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 5-ci bəndini rəhbər tutaraq qərara alıram:                               

Azər İsmayıl oğlu Mursaqulov Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin sədri təyin edilsin”.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 10 fevral 2026-cı il

Bizi izləyin və paylaşın
Verified by MonsterInsights