Gənclər üçün “ilk iş yeri” proqramlarının qanunla təsbit olunması vacibdir.

ELAZ.İNFO xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı Razi Nurullayev Milli Məclisdə çıxışı zamanı deyib: Gənclərimizin əmək bazarına çıxışında ciddi və sistemli bir problem mövcuddur: işəgötürən təcrübə tələb edir, gənc isə təcrübəni yalnız işləməklə qazana bilər. Bu ziddiyyət illərdir aradan qaldırılmır və nəticədə minlərlə gənc ya işsiz qalır, ya da qeyri-rəsmi məşğulluğa məcbur olur.

Təşəbbüsüm bu sistem boşluğunun qanunvericilik səviyyəsində doldurulmasına yönəlib. Təklif edirəm ki, ilk dəfə rəsmi əmək müqaviləsi ilə işə qəbul olunan gəncləri işə götürən müəssisələr üçün vergi və sosial sığorta güzəştləri tətbiq edilsin. Bu addım işəgötürən üçün əlavə yükü azaldacaq, gənclər üçün isə real iş imkanları yaradacaq.

Eyni zamanda dövlət–özəl sektor əməkdaşlığı çərçivəsində “ilk iş yeri” proqramlarının qanunla təsbit olunması vacibdir. Bu proqramlar sadəcə statistik məşğulluq deyil, konkret müddət, real bacarıq və davamlı iş perspektivi üzərində qurulmalıdır.

Bu təşəbbüsün məqsədi yalnız gəncləri işlə təmin etmək deyil. Məqsəd gənc kadr potensialını itirməmək, insan kapitalına erkən investisiya qoymaq, qeyri-rəsmi məşğulluğun qarşısını almaq və uzunmüddətli iqtisadi inkişaf üçün sağlam əmək bazarı formalaşdırmaqdır.

İnanıram ki, bu yanaşma sosial məsuliyyətlə iqtisadi səmərəliliyin düzgün balansını yaradacaq və gənclər arasında işsizliyin azalmasına real töhfə verəcək.

Ruslan MƏMMƏDOV

Bizi izləyin və paylaşın

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading

Verified by MonsterInsights