ELAZ.İNFO xəbər verir ki, Bakıda yeniyetmə qız anasını döydüyü üçün atasını bıçaqladı.
Hadisə ailə məişət zəminində baş verib.
Şahidlərin sözlərinə görə Rüfət Haşımov mübahisə zamanı həyat yoldaşını döyüb. Bunu görən onların 15 yaşlı qızı bıçaqla R.Haşımova xəsarət yetirib.
Yaralı döş qəfəsinin kəsilmiş deşilmiş xəsarəti ilə Sabunçu Tibb Mərkəzinə yerləşdirilib. R.Haşımov cərrahi əməliyyat edilib.
Aydan