Epşteyn ya uzaqgörən olub, ya da Ukrayna layihəsini hazırlayanların içində olub

2019-cu ilin yayında Cefri Epşteyn Meksika – Avropa – Ukrayna marşrutu üzrə Kiyevə səfər etməli idi. Yayımlanan sənədlər arasında Ukrayna ilə bağlı 2019-cu il 23 may tarixli 2 elektron məktub (adresatı gizlədilib) diqqəti cəlb edir. Birincidə yazılıb ki, “İndi Ukraynadakı siyasəti izləmək çox maraqlı olacaq: bütün siyasət komediya kimidir”.

İkincidə yazılıb:

“Bəli, bu gülməlidir, lakin çox mürəkkəb korrupsiya olacaq, böyük məbləğdə pul qazanılacaq. Çox böyük. Səni qadın oliqarx kimi görmək istərdim”.

Cefri bunları yazandan, təxminən, 2,5 il sonra Ukraynada müharibə başladı və Qərb müharibəyə yüz milyardlar silməyə başladı. Böyük pulların necə “yeyildiyini” yaxşı bilən Tramp prezident seçilənədək Ukraynaya xərclənən pulların mənimsənildiyini deyir və prezident seçilərsə, onları audit edəcəyinə söz verirdi. Amma seçiləndən sonra nədənsə vədini unutdu. Tramp kimi bir adam bu boyda xərcləri yoxlamağı unuda bilməzdi. Yəqin ki, ona unutmağı tövsiyə ediblər.

Maraqlı olan isə Epşteynin Ukraynada böyük pullar olacağını illər əvvəl bilməsidir. Belə çıxır ki, Epşteyn ya uzaqgörən olub, ya da Ukrayna layihəsini hazırlayanların içində olub. 2-ci daha inandırıcıdır.

Amma Epşteyn Ukraynaya gedə bilmədi. Həmin ilin 6 iyununda o, uşaq alveri və cinsi istismar ittihamları ilə həbs edildi. 10 avqustda isə yaxşı mühafizə olunan həbsxanada “intihar etdi”.

Xatırladıram ki, Zelenski 2019-cu ilin 20 mayında Ukrayna prezidenti kimi fəaliyyətinə başlamışdı.

Asif ŞƏFƏQQƏTOV

Siyasi şərhçi

Bizi izləyin və paylaşın

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading

Verified by MonsterInsights