Dünyanı xaos bürüyəcək

Ukraynanın bölünməsi məsələsinə öz münasibətini bildirən siyasi şərhçi Ağasəf İmran ELAZ.İNFO-ya danışaraq söyləyib ki, “Şimalda Kola yarımadasından başlayaraq, Rusiyanın ayağı hara dəyibsə, bölüb, parçalayıb. Ayağı hara dəyibsə xalqlara, dövlətlərə faciələr, fəlakətlər gətirib. Koreyanın, Vetnamın ikiyə bölünməsində birbaşa iştirak edib. Uzaq Afrikada Konqonu Zairdən ayırdı. İndi növbə Ukraynana çatıb.

Tarixin ironiyasına baxın; təkcə Azərbaycanı ikiyə deyil, beş yerə bölüb parçalayıb. Hətta bu azmış kimi cənubda talışları Astara çayı ilə, şimalda ləzgiləri Samur çayı ilə ikiyə bölüb. Bu tarixi faciədir, acısını Azərbaycan adlı məmləkət çəkir, səfasını isə məkrli düşmən sürür”.

-“Ukraynanın bölünmədən qaçması məsələsi mümkündürmü?”- sualına A. İmran cavab verib ki, “indiki halda işğalçılıq siyasəti beynəlxalq müstəvidə Birləşmiş Millətlər Təşkilatı tərəfindən qadağan olunmalıdır. Bəlkə bu yolla imperializmin qarşısını almaq olar. Əks halda dünyanı xaos bürüyəcək”

İlahə BAYINDIR

Bizi izləyin və paylaşın

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading

Verified by MonsterInsights