Milli Qəhrəman Təbriz Xəlilbəylinin anım günüdür

ELAZ.İNFO xəbər verir ki, bu gün Azərbaycanın Milli Qəhrəmanı Təbriz Xəlilbəylinin şəhadətindən 34 il ötür.

Təbriz Xəlil oğlu Xəlilbəyli 1964-cü il fevralın 12-də Bakı şəhərində, Xalq şairi Xəlil Rza Ulutürkün ailəsində dünyaya göz açıb. Azərbaycan Dövlət İncəsənət Universitetində təhsil alan Təbriz, daxilindəki vətən sevgisi ilə 1991-ci ilin sonlarında könüllü olaraq cəbhəyə yola düşüb.

Cəsur döyüşçü kimi tanınan Təbriz Xəlilbəyli Xocalının Xromort və Naxçıvanik kəndləri uğrunda gedən ağır döyüşlərdə böyük şücaət göstərib. O, təkcə düşmənə sarsıdıcı zərbələr vurmaqla kifayətlənməyib, həm də neçə-neçə yaralı əsgərimizi atəş altından çıxararaq həyatlarını xilas edib. Göstərdiyi bu qəhrəmanlıqlara görə o, DİN-in “Boz qurd” mükafatına layiq görülüb.

Təbriz Xəlilbəyli 1992-ci il yanvarın 31-də Şuşanın mühasirədən çıxarılması məqsədilə keçirilən məşhur Daşaltı əməliyyatı zamanı qəhrəmancasına həlak olub.

Dəfn mərasimində atası, böyük şair Xəlil Rza Ulutürkün mətinliyi isə tarixin yaddaşına həkk olunub. O, oğlunun şəhadətini bu sözlərlə vəsf edib:

“Mən şəhid olmuş oğlum Təbrizin yastıq yoldaşı Sevinc xanımı təbrik edirəm. Onun Təbrizi vətənin müqəddəs torpağı uğrunda can verdi. Onun ölümü pak və müqəddəs ölümdür. Eşq olsun belə ölümə!”

Azərbaycan xalqı öz qəhrəman oğullarını heç vaxt unutmayacaq. Allah rəhmət eləsin!

Əli SƏLİM

Ruslan MƏMMƏDOV

Bizi izləyin və paylaşın

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading

Verified by MonsterInsights