Aleksandr Radulovdan KHL rekordu: 39 yaşlı ulduz tarix yazır

ELAZ.İNFO xəbər verir ki, Yaroslavlın “Lokomotiv” klubunun hücumçusu Aleksandr Radulov Kontinental Hokkey Liqasında (KHL) növbəti tarixi uğura imza atıb. Təcrübəli xokkeyçi 39 yaşdan yuxarı oyunçular arasında bir müntəzəm mövsümdə ən çox xal toplama rekordunu təkrarlayıb.

Cari mövsümdə Radulov 20 qol vurub və 22 məhsuldar ötürmə edərək ümumilikdə 42 xal toplayıb. Bununla da o, əvvəllər bu nəticəni göstərmiş əfsanəvi Pavel Datsyuk və Sergey Zubovun rekorduna şərik olub.

Qeyd edək ki, 39 yaşlı Radulov 2024-cü ildən “Lokomotiv”in şərəfini qoruyur. O, ötən mövsüm Yaroslavl təmsilçisi ilə birlikdə Qaqarin Kubokunun qalibi olub. Yaşına rəğmən göstərdiyi bu yüksək məhsuldarlıq azarkeşlər və mütəxəssislər tərəfindən rəğbətlə qarşılanır.

Ruslan MƏMMƏDOV

Bizi izləyin və paylaşın

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading

Verified by MonsterInsights