ELAZ.İNFO xəbər verir ki, İranda iqtisadi problemlər səbəbindən başlayan etirazlarda ölənlərin sayı 4519-a çatıb.
ABŞ-da yerləşən İnsan Haqları Fəalları Xəbər Agentliyinin (HRANA) məlumatına görə, ölkənin bir çox yerində baş verən hadisələr nəticəsində 26314 nəfər saxlanılıb. Nümayişlər zamanı baş verən toqquşmalarda 197 təhlükəsizlik işçisi də daxil olmaqla 4519 nəfər həyatını itirib.
HRANA dünən ölənlərin sayının 4029-a çatdığını bildirmişdi.
Məlumat üçün bildirək ki, İranda yerli valyutanın xarici valyutalara qarşı yüksək devalvasiyası və iqtisadi problemlər səbəbindən 28 dekabr 2025-ci ildə Tehranın Böyük Bazarında başlayan etirazlar bir çox şəhərə yayılıb.
Günel GÜNTAC