Zelenskinin Davos Bəyanatı: -“Heç kimin boş siyasətə və danışıqlara ehtiyacı yoxdur”

ELAZ.İNFO xəbər verir ki, Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyaya qarşı davamlı müdafiə dəstəyinə ehtiyac olduğunu vurğulayaraq bildirib ki, “Əgər Davos formatı bunu təmin edərsə, Ukrayna orada təmsil olunacaq. Heç kimin boş siyasətə və ya nəticə verməyən danışıqlara ehtiyacı yoxdur”. Videomüraciətdə Zelenski Rusiya ilə davam edən münaqişəyə toxunub. O, münaqişə zonalarındakı ümumi vəziyyət, bərpa prosesi və lazımi resursların səfərbər edilməsi ilə bağlı rəsmilərlə xüsusi koordinasiya görüşü keçirdiyini bildirib və Rusiyanın hücumlarını davam etdirdiyini vurğulayıb.

Zelenski enerji infrastrukturu da daxil olmaqla müxtəlif bölgələrin “Şahid” dronları tərəfindən hədəfə alındığını bildirib və əlavə edib ki, “Kiyev ən çətin vəziyyətdədir. Hərbi Hava Qüvvələrinin Şahid dronlarına qarşı əməliyyatları qənaətbəxş deyil. Tutma elementləri var, çox sayda qüvvə cəlb olunub; mobil atəş qrupları, F-16-lar mövcuddur, lakin hava qüvvələrinin yanaşması fərqli olmalıdır”.

Günel GÜNTAC

Bizi izləyin və paylaşın
Verified by MonsterInsights