İşləmək istəyənlər üçün fürsət

ELAZ.İNFO xəbər verir ki, İtaliya hökuməti 2026-cı il üçün xarici işçilərin qəbulu ilə bağlı yeni kvotaları rəsmən açıqlayıb. “Decreto Flussi” (Miqrasiya fərmanı) çərçivəsində ölkə iqtisadiyyatının müxtəlif sahələrində çalışmaq üçün minlərlə şəxsə iş icazəsi veriləcək.

Açıqlanan rəsmi məlumatlara görə, İtaliya 2026-cı il üçün 40,075 mövsümi iş vizası ayırıb. Bu, növbəti üç il ərzində planlaşdırılan rekord sayda — təxminən 500 min xarici işçinin qəbulu proqramının ilk mərhələsidir. Viza kvotaları ölkənin 20 regionu arasında bölüşdürülüb və əsasən kənd təsərrüfatı, turizm və xidmət sektorlarını əhatə edir.

İtaliyanın Baş naziri Corcia Meloni yeni ilin iqtisadi çağırışları ilə bağlı optimist olmadığını bildirib. O, 2026-cı ilin qlobal qeyri-stabillik və enerji qiymətlərinin təzyiqi altında 2025-ci ildən daha ağır keçəcəyini proqnozlaşdırıb. Hökumət bu çətinliklərin öhdəsindən gəlmək üçün bir sıra islahatlara, o cümlədən onlayn alış-veriş və kuryer çatdırılmasına tətbiq edilən yeni 2 avroluq xidmət haqqına (Handling Fee) başlayıb.

Ruslan MƏMMƏDOV

Bizi izləyin və paylaşın
Verified by MonsterInsights