Ukraynada istefa: Zelenski yeni nazirlər təyin etdi
Ukraynada istefa xəbərləri gündəmi sarsıdıb. Ali Rada mühüm nazirlərin və təhlükəsizlik rəhbərinin vəzifədən getməsini təsdiqləyib.
ELAZ.İNFO xəbər verir ki, Ukraynada istefa dalğası bir neçə mühüm postu əhatə edib. Parlamentdə keçirilən səsvermə ilə Denis Şmiqal, Mixayl Fedorov və Vasil Malyuk vəzifələrindən azad ediliblər.
Prezident Volodimir Zelenski bu addımlardan sonra dərhal yeni təyinatlar həyata keçirib. Ukraynada istefa qərarlarından sonra Mixayl Fedorov yeni Müdafiə Naziri, Oleq İvaşçenko isə GUR rəhbəri vəzifəsinə gətirilib. SBU-nun müvəqqəti rəhbəri Yevgeni Xmara olacaq. Ekspertlər hesab edir ki, Ukraynada istefa və yeni təyinatlar ölkənin hərbi strategiyasında mühüm rol oynayacaq.
Ruslan MƏMMƏDOV