Unudulmazlar- Gəncəli Şəhidlər

ELAZ.İNFO xəbər verir ki, Gəncənin ilk Şəhidlərinin şəhadətindən 36 il ötür.

Təəssüf ki, Gəncəli şəhidlərimizin anım günü haqqında şəhər ictimaiyyəti məlumatsızdır və bu istiqamətdə şəhər səviyyəsində tədbirlər keçirilmir.

Məlumat üçün bildirək ki, keçmiş Daşlıq Qarabağ Muxtar Vilayətinə birləşmək istəyən keçmiş Şaumyan rayonunda yaşayan (bu günkü Goranboy rayonunun cənubu) ermənilər bu günkü Göygöl rayonunun Çaykənd kəndini də birləşdirmək istəyirdilər. Bunun üçün onlar plan hazırlayırdılar… Todan kəndi bu iki yaşayış məntəqəsinin arasında yerləşirdi və burada azərbaycanlılar yaşayırdı. Yavaş-yavaş Çaykənd ətrafına, Göy-göl zonasına gedib-gələnlərə hücum etməyə başlayırdılar.

1990-cı ilin yanvarın əvvəllərində Ermənistan SSR Ali Soveti Şaumyan (Çaykənddə daxil olmaqla) rayonunu Dağlıq Qarabağın büdcəsi ilə birlikdə müzakirə edəndə Çaykənddə artıq döyüş başlamışdı. Ölənlərin, yaralananların, girov götürülənlərin sayı günbəgün artırdı. Belə bir vaxtda Şaumyan rayonu ilə sərbəst gediş-gəlişə mane olan Todan kəndi mühasirəyə alındı. Kənd dərənin içində yerləşir və ətrafdakı dağlardan kəndin içi açıq-aydın görünür. Yuxarıda, Maraşen kəndinin qarşısında isə ermənilərin tankları, pulemyotları, karabinləri hazır vəziyyətə gətirilmişdi.

1990-cı ilin yanvarın 12-də səhər döyüşlər başlanmış, atışmalarda Gəncədə yaradılmış Özünü Müdafiə Qüvvələrinin üzvlərindən ilk üç nəfər Ruzigar Qasımov, Bəxtiyar Əliyev və Abbasqulu Məmmədov vətən uğrunda şəhid oldular. Yanvarın 14-də Hacıkənd qəsəbəsindəki “Beş Ulduz” yaxınlığında ermənilər növbəti vəhşiliyə əl atmışlar. Həmin gün səhər tezdən vertolyotdan da dinc əhali atəşə tutulmuş, iki nəfər ölmüş, çoxlu yaralanan olmuşdur.

Əli İBRAHİMOV

Bizi izləyin və paylaşın

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading

Verified by MonsterInsights