Venesuelaya hərbi müdaxiləni doğru və haqlı hesab edən Tramp, ABŞ-a bu ölkədən çoxlu miqdarda narkotik maddənin daxil olduğunu və Prezident Nikolas Maduronun “narkoterror dövləti” idarə etdiyini iddia etdi.
ELAZ.İNFO xəbər verir ki, Venesuelaya ikinci hücum üçün hər şeyin hazır olduğunu, lakin bunun zəruri olmadığını bildirən Prezident Tramp, “Venesuela lazımi şəkildə davranmasa, ikinci hücumumuz olacaq” dedi.
Tramp həmçinin “ABŞ-ın Venesuelada neftə və digər resurslara tam çıxışı olmalıdır” dedi.
Venesueladakı mövcud vəziyyətlə bağlı görüləsi çox iş olduğunu izah edən Tramp, böyük Amerika neft şirkətlərinin ölkəyə gedib orada milyardlarla dollar dəyərində iş görməyə başlayacağını söylədi.
“Venesuela hazırda ölü bir ölkədir. Biz onu dirçəltməliyik. Neft şirkətləri infrastrukturu yenidən qurmaq üçün böyük investisiyalar qoymalı olacaqlar və şirkətlər buna hazırdırlar” deyən Tramp, Venesuelanın neftindən istədikləri kimi istifadə etmək hüquqlarına sahib olduqlarını iddia etdi.
İlahə BAYINDIR