ELAZ.İNFO xəbər verir ki, “Dəli Kür” filminin meyxana fraqmentinin çəkilişində Cahandar ağanın bacısı Şahnigar mollanın – Məlik Dadaşovun üzünə şillə bir neçə dubl təkrarlanıb, amma yenə alınmayıb.
Rejissor Hüseyn Seyidzadə gürcü aktrisaya deyir: “Qızım, bərk vur şilləni”. Aktrisa isə cavab verir: “Vura bilmərəm. O qədər yaraşıqlı, yaxşı kişidir ki, ürəyim gəlmir vurmağa”. Məlik Dadaşov da özünü saxlaya bilməyib deyir ki, sən, əlli dəfə yavaşdan vurmaqdansa bir dəfə tutarlı bir şillə tutuzdur canımız qurtarsın.
Aydan