Flaminqolar Mahmudçalanı “ələ keçirdi”

ELAZ.İNFO xəbər verir ki,Qlobal iqlim dəyişiklikləri çöl quşlarının köç marşrutlarına ciddi təsir göstərir. Bunun ən aydın nümunəsi bu il Biləsuvardakı Mahmudçala ovçuluq təsərrüfatında qeydə alınıb.

Əvvəlki illərdə burada görünməyən flaminqolar bu dəfə böyük sürülərlə əraziyə köç ediblər. Əksinə, adətən çoxluq təşkil edən ördək və qaşqaldaq kimi çöl quşlarının sayı kəskin azalıb.

Ekoloqlara görə, havaların mülayim keçməsi miqrasiyanın vaxtını dəyişdirir. Lakin flamingoların bu qədər erkən və böyük dəstələrlə gəlməsi təkcə hava ilə bağlı deyil. Ekoloq Nazim Məmmədov bildirir ki, populyasiya davranışı və su-bataqlıq ərazilərdə qida ehtiyatlarının bolluğu əsas amillərdir.

Bəzən flaminqolar bəzən yolun cəmi bir neçə metrliyinə qədər yaxınlaşır. Quşların sanki qədim köç marşrutlarını bərpa etmişlər.

Sevinc Qasımova

Bizi izləyin və paylaşın
Verified by MonsterInsights