Sərnişin avtobusu yandı

Bakı şəhərində sərnişin avtobusunda yanğın baş verib.

ELAZ.İNFO Oxu.Az-a istinadən xəbər verir ki, hadisə ilə bağlı məlumat sosial şəbəkədə paylaşılıb.

Bildirilib ki, yanğın səhər saatlarında İnşaatçılar prospektində, Dövlət Statistika Komitəsinin yaxınlığındakı dayanacaqda qeydə alınıb. “BakuBus” MMC-yə məxsus 99-JU-824 dövlət nömrə nişanlı avtobus alışıb. Hadisənin hansı səbəbdən baş verməsi məlum deyil.

Hadisə zamanı sərnişinlər avtobusdan düşürülüblər.

Faktla bağlı aidiyyəti quruma sorğu ünvanlanıb.

Bizi izləyin və paylaşın