101 ildə beş dəfə Azərbaycan Türkləri azadlıq hərəkatına qalxıb

ELAZ.İNFO

1920-ci il 28 Apreldə Rusiya yenidən Şimali Azərbaycanı işğal etdi! Şimali Azərbaycan 71 il Sovet Rusiyasının işğalında yaşamağa məcbur oldu. Azərbaycan xalqının qurduğu Qacarlar dövlətinin şimalı yenə də Rusiyanın əlinə keçdi. Qacarlar dövlətinin cənubu (müasir İran) isə İlgiltərə İmperiyasının təsiri altında qalaraq farslaşdırıldı.Türk dövlətinə qarşı məkirli siyasətlə fars dövlətciliyi süni olaraq yaradıldı.1925-ci ildə yaradılan Fars “dövlət”ində Rza “şah”ın fərmanı ilə ölkənin Qacarlar adı dəyişdirildi “İran” kimi qoyuldu. İran fars rejimi yaradılmığı 101 ildə beş dəfə Azərbaycan Türkləri azadlıq hərəkatına qalxaraq öz hakimiyyətlərini bərpa etməyə cəht etsələr də, hər dəfə bu azadlıq mübarizəsi xarici güclər tədəfindən fars rejiminə yardım edilərək qan içində boğulub. İran millətci refimi yaradıldığı 101 ildə ya ABŞ, İngiltərə, qərbin, ya da Rusiyanın təsiri altında olaraq bu güc mərkəzlərinin geosiyasi mübarizəsində “alət” olaraq istifadə olunub. Çox təəssüf ki, bu vəziyyət bu gün də davam etməkdədir. Bu gün İran rejimi Rusiyanın təsir zonasında olduğu üçün digər güc mərkəzi ABŞ, qərb bu geosiyasi “alət” olan İranı rəqibinin əlindən almaq üçün İrana açıq hücum edib. Artıq iki aydır İrana qarşı hücum olunur. İranın bütün siyasi, hərbi və dini rəhbərləri bir neçə səviyyədə öldürülüb. İranda siyasi rəhbər yoxdur. Bu gün sağ qalan İran rəhbərləri siyasi və diplomatiya təfəkkürü ilə yox dini fanatiq düşüncəsi ilə ölkəni və xalqı daha çox fəlakətə sürükləyir. Pakistanda ABŞ nümayəndəsi ilə görüşə gedən İran xarici işlər naziri Seyid Abbas Ərəqci orada məlum olur ki, ABŞ bu görüşün keçirilçəsindən imtina edib. Bu halda A. Ərəqci Tehrana yox, Moskovaya Putinlə görüşə getməsi, İranın bu gün də Rusiyanın təsiri altında olduğunu göstərir. A.Ərəqci Putindən məsləhət almaq üçün Rusiyaya gedib. Rusiya İran XİN-nə sizcə nə məsləhət edəcək? 1907-ci ildə Qacarlar dövlətimiz Rusiya və İngiltərə (İndi ABŞ, qərb) arasında təsir zonalarına bölüb istismar ediblər. Artıq 117 ildir bu iki güc mərkəzi Qacarları, sonra da farslaşdırdıqları İranı hərə öz tərəfinə cəkib daha da güclü olmaq uğrunda mübarizə aparırlar.Sizcə bu gün Rusiya İran dövlətinin və İran xalqının halına pis olub düz yol göstərə bilər? Bu mümkün deyil. Rusiya İran xarici işlər nazirlinə elə “məsləhət” verəcək ki, İran ABŞ-la razılığa gəlməsin. Müharibə uzansın. Rusiyanın rəqibi olan ABŞ- in beynəlxalq nüfuzu aşağı düşsün. Rusiya öz geosiyasi rəqibi olan ABŞ, ingiltərə ilə mübarizədə İrandan yaxşı istifadə edir. Doğrudur beynəlxalq qanunlarla pərdələnmiş, gözəl görünən sözlərlə İranı guya müdafiə etdiyini göstərəcək.Amma əslində öz geosiyasi şahmat oyununda gedşlər etməkdədir. İran xalqı ayılın! İran xalqı əgər xoşbəxt yaşamaq istəyirsizsə, əgər gerçəkdən də İranın müstəqil olmasını istəyirsizsə İranda Azərbaycan Türklərinin hakimiyyətini bərpa edin.İran xalqının xilas yolu ancaq Azərbaycan Türklərinin Hakimiyyətinin bərpa olunmasındadır.

Tahir Ələkbərov

Bizi izləyin və paylaşın