ELAZ.İNFO xəbər verir ki, 2050-ci ilə qədər hər iki nəfərdən biri uzaqgörən ola bilər.
Oftalmoloq Dr.Gökhan Özgür artan ekran istifadəsinin göz sağlamlığı üçün ciddi risklər yaratdığını və mövcud vərdişlərin davam edəcəyi təqdirdə 2050-ci ilə qədər dünya əhalisinin yarısının uzaqgörən ola biləcəyini bildirib.
Texnologiyanın həyatın mərkəzinə çevrilməsi ilə körpəlikdən yetkinliyə qədər bütün yaş qruplarında ekran asılılığının geniş yayıldığı və uzun müddət yaxın obyektlərə fokuslanmanın gözlərdə qalıcı problemlərə səbəb ola biləcəyi ifadə edilir. Dr. Gökhan Özgür, ekran qarşısında qalma müddətinin artmasının göz sağlamlığını təhdid etdiyini vurğulayır.
Aydan
