BİZƏ BAYRAM KİMİ YAŞADIBLAR!

ELAZ.İNFO

ÇOX TƏƏSSÜFLƏR OLSUN Kİ, UZUN İLLƏR BOYU BU GÜNÜ (28 APREL.) BİZƏ BAYRAM KİMİ YAŞADIBLAR!

Azərbaycan Xalq Cümhuriyyətinin devrilməsi gününü, aprel ayının 28 – ni bizə və bizdən yuxarı nəslə 70 il boyunca bayram deyə , YAŞASIN 28 APREL və 1 MAY bayramları şüarları ilə bəzədilmiş plakatlarla təchiz edərək, qeyd etməyə, bütün ölkə boyu, şəhər və kəndlərdə, meydan və küçələrdə bu şüarları hayqıraraq, yürüməyə məcbur etdilər. Kimimiz bilərəkdən, kimimiz bilməyərəkdən, kimimiz də “əsil bayram” ab-havasına bürünərək bunları etdik.
Və nəhayət, uzun illərdən sonra xalqımız toparlandı, özünə qayıtdı, hər şeyi dərk edərək, bu yabançı dırnaqarası bayramlardan qurtuldu və özünün, ölkəsinin ən müqəddəs bayramlarından birinin də məhz, 28 aprel yox, 28 MAY ölduğunu öyrəndi.
Üstündən uzun illər ötməsinə baxmayaraq, ölkəmizdə yenə də o vaxtkı ab-havada, o ovqatda olan insanlar var ikən, mən əminəm ki, xalqımız bir daha öz müqəddəs bayramının unudulmasına, 28 MAY gününün aradan qaldırılmasına yol verməz.
Ümüdvaram ki, həmvətənlərim üç rəngli müqəddəs bayrağımızın ölkəmiz və başımızın üzərində daima və əbədi dalğalanması üçün əlindən gələn hər şeyi etməyə və türlü fədakarlıqlara hazırdır.
XALQIMIZA EŞQ OLSUN! YAŞASIN 28 MAY BAYRAMI!

Nəriman Abdinov

Bizi izləyin və paylaşın