8 nəfər həlak olub

ELAZ.İNFO İran KİV-lərinin məlumatına istinadən xəbər verir ki, İranda körpüyə endirilən zərbə nəticəsində 8 nəfər həlak olub.

Bunu İran agentliyi olan Fars yerli hakimiyyətə istinadən verib.

Zərbə “Sizdah Bedar” – Təbiət Günü bayramı zamanı endirilib. Həmin gün bir çox iranlı açıq havada vaxt keçirir.

İnsanlar körpünün altında və çay sahili boyunca olublar. İddia olunur ki, hücum təxminən bir saat fasilə ilə iki mərhələdə həyata keçirilib. İkinci zərbə xilasedicilərin yaralılara yardım göstərdiyi ana təsadüf edib.

Emin Azəri Ərdəbil

.

Bizi izləyin və paylaşın