Yaxşı İnsanların Günü

ELAZ.İNFO xəbər verir ki, 3 aprel Yaxşı İnsanlar Günü (Good People Day) kimi qeyd edilir.

Bu gün dünyada xeyirxahlığın, mərhəmətin və insanlıq dəyərlərinin təbliği məqsədilə qeyd olunur. Yaxşı insanlar cəmiyyətin dayağı, ümid işığı və gələcəyin təminatıdır.

Yaxşı İnsanlar Günü münasibətilə hər kəsi bir daha düşünməyə dəvət edirəm, yaxşı insan olmaq seçim deyil, həyat tərzidir.

Ətrafımızda olan insanlara sevgi, anlayış və hörmət göstərmək, kiçik yaxşılıqlarla böyük dəyişikliklər yaratmaq hər birimizin əlindədir.

Dünya yaxşı insanların sayəsində daha yaşanılacaq bir yerə çevrilir. Yaxşılıq paylaşdıqca artır. Bu gün bir insana yaxşılıq et, bir qəlbi sevindir, bir ümid ol.

Əli İbrahimov

Bizi izləyin və paylaşın