Şahdağda qar voleybolu olacaq

Qar voleybolu üzrə qadınlar və kişilər arasında Azərbaycan Kuboku keçiriləcək.

Azərbaycan Voleybol Federasiyasından ELAZ.İNFO-ya verilən məlumata görə yanvar ayının 24 və 25 tarixlərində Şahdağ Turizm Mərkəzində təşkil olunacaq.

Turnirdə qadınlar arasında 5 (“Gəncə”, “Azərreyl”, “Milli”, “Milli-2”, “Qaraqaya”), kişilərdə isə 4 komanda (“Gənclər”, “Qaraqaya”, “Baku Fires”, “Azərreyl”) iştirak edəcək. Oyunlar dairəvi sistem üzrə keçiriləcək.

Turnirin yekununda mükafatçılar turnir cədvəlində komandaların tutduqları yerlərə əsasən müəyyənləşdiriləcək.

Günel GÜNTAC

Bizi izləyin və paylaşın