Xəzərdə gecə saatlarında zəlzələ: Yeraltı təkanın dərinliyi açıqlanıb


ELAZ.İNFO xəbər verir ki, Gecənin sakitliyi Xəzər dənizində qeydə alınan yeraltı təkanla pozulub. Zəlzələ yerli vaxtla saat 01:47-də baş verib.
Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosunun məlumatına görə, təkanın maqnitudası 3,3 olub. Zəlzələnin ocağı 70 kilometr dərinlikdə yerləşib.
İlkin məlumatlara əsasən, söhbət dərin ocaqda baş verən nisbətən zəif yeraltı təkanından gedir. Hadisə ilə bağlı hazırda daha geniş məlumatın olub-olmaması seysmoloji müşahidələrin nəticələrindən asılı olacaq.
Xəzər hövzəsi seysmik aktivliyin müşahidə olunduğu ərazilərdən biri olduğundan, burada baş verən yeraltı təkanlar mütəmadi olaraq seysmoloji xidmət tərəfindən qeydə alınır.
İlahə BAYINDIR
16





