TƏBİİ MƏHSULLARI YADDAN ÇIXARMAYIN

Məlum olduğu kimi, zərərli qidalar orqanizmə çox vaxt ziyan vurmaqla bərabər, artıq çəkiyə və piylənməyə səbəb olur. Bildirmək istəyirəm ki, zərərli qidalar, eyni zamanda mədə-bağırsaq, ürək-damar və beyin-damar sistemlərinin xəstəliklərinə, qaraciyərin, böyrəklərin toksiki zədələnmələrinə, şəkərli diabetə gətirib çıxara bilər.

Xatırladıram ki, bir ədəd şokoladlı batonda 500 kkal var və bunlar artıq yağlar kimi piy toxumasında toplanır.

Əslində şəkərlə zəngin qidalar da şəkərli diabet, mədəaltı vəzin xəstəliklərinə yol açmaqla yanaşı, uşaqlarda allergiya, mədə və böyrək xəstəliklərinə səbəb olur.

Zərərli qidalar dedikdə, bura fast-fud və ya tez hazır olan yeməklər daxildir. Məsələn, deyək ki, qamburger, hot-doq, dönər, şaurma, ponçik və tez hazırlanan digər qida növləri təkrar yağlarda qızardılır, tez-tez yedikdə qarında ağrılar, həzm pozuntusu, qəbzlik və ya ishal yaradır.

Yaddan cıxartmayın ki, sağlam qidalanma prinsiplərinə riayət etmək sağlam həyat tərzi kecirməkdir. Hər gün qəbul etdiyimiz qidalar sağlamlığımıza böyük təsir göstərir.

Özünüzü qoruyun! Təbii məhsulları yaddan çıxarmayın.

 

Esmira RƏHİMOVA

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir