Şimali Osetiyada terek Kazaklarının tarixi muzeyi mçılıb

ELAZ.İNFO xəbər verir ki, Şimali Osetiyanın Lukovskaya kəndində bölgənin qədim sakinlərindən olan Terek kazaklarının mədəniyyətini və tarixini əks etdirən yeni muzey fəaliyyətə başlayıb. Muzeyin yaradılmasında əsas məqsəd unudulmaqda olan tarixi irsi qorumaq və gələcək nəsillərə ötürməkdir.

Muzeyin ekspozisiyasına qədim məişət əşyaları, qab-qacaqlar, ənənəvi geyimlər və nadir fotolar daxildir. Eksponatların toplanmasında yerli sakinlərin rolu böyük olub; xüsusilə Nikolay və Valentina Yakubin cütlüyü öz əcdadlarından qalan ailə yadigarlarını muzeyə bağışlayaraq kolleksiyanın zənginləşməsinə töhfə veriblər.

Lukovskaya Mədəniyyət Evinin bədii rəhbəri Nadejda Sapronova bildirib ki, burada sərgilənən hər bir detal kazak ailələrinin keçmiş həyat tərzini və ruhunu əks etdirir. Muzey təkcə bir sərgi məkanı deyil, həm də keçmişlə gələcək arasında mənəvi körpü rolunu oynayacaq.

Ruslan MƏMMƏDOV

Bizi izləyin və paylaşın
Verified by MonsterInsights