“şahmat oyununda” İran

ELAZ.İNFO

Bu gün dünyada gedən geosiyasi “şahmat oyununda” İran-ABS, İsrail müharibəsidə pat vəziyyətdir. ABŞ deyir “qalıb gəlmişik, İranın siyasi, hərbi, dini rəhbərlərini, donanmasını, ordusunun 70%-80% yox etmişik. İran tərəf deyir “biz qalib gəlmişik, dünyada ən güclü orduya malik olan ABŞ bizə qalıb gəlməyib. Biz Hörmüz boğazına nəzarət edirik.” Hər iki tərəfin sözü düzdür.Təslim olan tərəf yoxdur. Sülh müqaviləsi yoxdur. 90 milyon əhalisi olan İranın 10%-i dini fanatiq düşüncələrlə sonu ölüm və məğlubiyyət olan döyüşü davam etdirəcək. Rusiya da İranın müharibəni davam etdirməsi üçün ona hər çür həvəsləndirici sözlərlə “yardım” edir. ABŞ isə nüfuzunu itirməmək üçün müharibəni davam etdirir. Hörmüz boğazının baglanması isə dünya iqtisadiyyatını böhran həddinə gətirir. Bəlkə də hədəf elə budur, dünyada böhran olsun. Qlobal böhran, ancaq dünyanı idarə etmək iddiasında olan böyük pul sahiblərinin siyasətinin tərkib hissəsi ola bilər. Dünyamız bu vəziyyətdən necə çıxsın? Bunu anlamaq üçün İranın təxminən son 200 illik tarixinə çox qısa nəzər salaq və hadisələrin mahiyyət ardıcıllığına baxaq.
Qacarlar dövlətimizi Rusiya və İngiltərə imperiyalar iki yerə bölüb. Gülüstan və Türkmənçay müqavilələrində bir tərəfdə Rusiya ikinci tərəfdə ki isə İngiltərə idi. Dövlətin adı Qacarlar qalsa da, Hökmdarlar Azərbaycan Türkləri olsa da, müqavilələrdə Qacarlar nümayəndəyi imza atsa da, qərarları İngilis generalları verirdi. 1800-cü ildən başlayaraq İngiltərə Qacarlar dövlətində davamlı olaraq ideoloji, informasiya müharibəsilə şah sayayının içinə girib müxtəlif yollarla sarayı farslaşdırırdılar. İlk dəfə 1800 cü ildə Qacarlar dövlətinə gələn məmurlar, 1801-ci ildə Qacarlarla İngiltərə arasında “tucarət və siyasi müqavilə” bağlandı. Bu müqaviləyə görə İngiltərə Qacarları xarici hücumlardan müdafiə edirdi. İngils tacirlərə Qacarlar ərazisində vegi vermədən ticarət etmək hüququ verildi. Bu müqavilə İngiltərənin Qaçarlarda əl-qolunu açdı. İngiltərə “oyuncaq” dövlət olmaqda maraqlığı və yaxşı idarə olunan farslara üstünlük verdi. Ona görə də ideoloji, hibrit yumşaq siyasət apararaq Qacarlar dövlətimizi farslaşdırdı. Farslara uydurma tarix kitabları da yazılırdı. Ona görə də Qacarlar dövlətimizin şimalında Rusiya özləri üçün Ermənistan yaratdı və digər şimal torpaqlarımızı ruslaşdırırdı. Qacarlar dövlətimizin çənubunu isə, (müasir İranın bütün ərazisi) İngiltərə 1801-ci ildən başlayaraq farslaşdırdı və bu işi 1925 ildə başa çatdirdı. Bu gün İngiltərə, ABŞ, qərb və Rusiya İranda hər çür siyasət aparsalar da, yenidən İranda Azərbaycan Türklərinin hakimiyyətini bərpa olunmasına razı olmazlar. Ancaq bütün Türk dünyası, bütun islam dunyası, TDT İranda əhalinin 53,% ni təşkil edən Türklər arasıda bütün istiqamətlərdə iş aparmalıdır! İran, İngilis cəsuslarının xain siyasətlə 125 ildə farslaşdırılan tarixi Azərbaycan dövlətidir! Biz İranda Azərbaycan Türklərinin hakimiyyətini bərpa etməliyik! İran xalqının xilas yolu, azadlıq yolu yalnız bundadır!
Yeni dünya nizamının qurulması prosesində Türk dövlətləri, TDT və İlsam dünyası kənardan sakit baxsa, dünyanı başqa güclər idarə edəcək! Qlobal arenada bizim haqqımızı heç kim müdafiə etməyəcək. Biz başqa güclərin daxilində onların böyük maraqlarına xidmət etməyə məhkum olacağıq! Cəmi 200 il əvvəl Qacarlar dövlətinin şahları hadisələrə sakit, sadəlöv baxdıqları üçün, bu gün İranı bir alət kimi böyük güclər öz maraqlarında istifadə edirlər. İran xalqı, bütün yaxım şrq və dünya əziyyət şəkir!

Tahir Ələkbərov

Bizi izləyin və paylaşın