ELAZ.İNFO xəbər verir ki, Pakistanın həbsdə olan keçmiş Baş naziri İmran Xanın öldürüldüyü iddia edilir.
Onun müəmmalı şəkildə qətlə yetirildiyi və cəsədinin həbsxanadan çıxarıldığı bildirilir. Siyasətçi 2022-ci ilin aprelində parlamentdə etimadsızlıq səsverməsindən sonra vəzifəsindən uzaqlaşdırılıb.
O, 2023-cü ildə korrupsiya və vəzifə səlahiyyətlərindən sui-istifadədə təqsirli bilinərək 14 il müddətinə azadlıqdan məhrum edilib.
2023- cür ilin fevralın 28-də məhkəmə tərəfindən Xanın həbsi barədə qərar çıxarılıb. O, Pakistan polisi tərəfindən paytaxt İslamabadda yerləşən iqamətgahında həbs edilmişdir
Sözardı: İmran Xanın “Təhriki İnsaf” Partiyasının hazırkı lideri Favad Çaudri deyib ki, Xanın həbs edilməsi vəziyyəti ciddi şəkildə pisləşdirəcək:
-“Mən bu səriştəsiz və anti-Pakistan hökumətini xəbərdar etmək istəyirəm ki, Pakistanı daha da böhrana sürükləməsin və ağılla hərəkət etsin”.
Natəvan Bəydili


