Müharibədən bəri ilk üçtərəfli danışıqlar- ABŞ, Ukrayna və Rusiya bir araya gəlir

ABŞ, Ukrayna və Rusiya müharibənin başlanğıcından bəri ilk üçtərəfli danışıqları üçün Əbu-Dabidə bir masaya oturacaqlar. Məlumat üçün bildirək ki, danışıqların mərkəzində həll olunmamış ərazi məsələsi dayanır.

ELAZ.İNFO xəbər verir ki, Ukrayna, ABŞ və Rusiyadan olan danışıqçılar Rusiyanın 2022-ci ildəki hərtərəfli işğalından bəri hər üç ölkənin iştirak etdiyi ilk görüş üçün Birləşmiş Ərəb Əmirliklərində görüşəcəklər.

Kreml müşaviri Yuri Uşakov Rusiyanın Ukrayna və ABŞ nümayəndələri ilə birlikdə Əbu-Dabidə keçiriləcək “təhlükəsizlik məsələləri üzrə üçtərəfli işçi qrupunun ilk iclasında” iştirak edəcəyini təsdiqləyib.

Görüş Ukrayna Prezidenti Volodymyr Zelenskinin əvvəlki açıqlamasından sonra təsdiqlənib.

İlahə BAYINDIR

Bizi izləyin və paylaşın