“Heydər Əliyev və Müasir Azərbaycan” mövzusunda ictimai müzakirə keçirildi

ELAZ.İNFO, BAKI, 10.05.2025.

ELAZ. İNFO xəbər verir ki, bu gün Bakı İctimai Əməkdaşlıq Mərkəzinin Təşəbbüsü ilə “Ümümmilli Lider Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102 illiyi münasibətilə “Heydər Əliyev və Müasir Azərbaycan” mövzusunda ictimai müzakirə oldu.

Müzakirədə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Kulturologiya fakültəsinin müəllimi Xaləddin Sofiyev, Bakı İctimai Əməkdaşlıq Mərkəzinin rəhbəri Rauf Zeyni , “Ailələrə Sosial Dəstək” İctimai Birliyinin sədri Esmira Rəhimova, “Davamlı Turizmin İnkisafına Dəstək” İctimai Birliyinin sədri Nərminə Qəribova və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Kulturologiya fakültəsinin Sosiologiya ixtisası üzrə təhsil alan gənc tələbələri iştirak edirdilər.
Öncə Bakı İctimai Əməkdaşlıq Mərkəzinin hazırladığı “Ulu Öndərin fəaliyyəti” haqqında sənədli film izlənildi.

Müzakirədə Ümummilli Liderin Azərbaycan dövləti və xalqı qarşısında misilsiz xidmətləri, müstəqil Azərbaycanın tərəqqisi yolunda gördüyü işləri qeyd olundu.
Rauf Zeyni Heydər Əliyevin fəaliyyətinin bütün dövrləri haqqında məlumat verdi və ayrı-ayrılıqda hər bir dövrün necə xarakterizə olunduğunu geniş şəkildə diqqətə çatdırdı. O qeyd etdi ki,
Ümummilli Lider Heydər Əliyevin ürəyi daim Azərbaycanla döyünüb. Onun təməlini qoyduğu, memarı olduğu müstəqil Azərbaycan dövləti Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi altında 44 günlük Vətən müharibəsində Azərbaycan xalqını dəmir yumruğa çevirib, 30 illik erməni işğalına son qoyub. Qarabağ zəfərinin davamı olaraq 2023-cü ilin sentyabr ayında Azərbaycan Ordusunun apardığı bir günlük lokal xarakterli antiterror tədbirləri nəticəsində Azərbaycan həm ərazi bütövlüyünü, həm də suverenliyini tam bərpa edib.


Xaləddin Sofiyev isə məruzəsində öz xatirələri haqqında danışdı. Ümummilli Liderin “İnanıram ki, mənim axıra çatdıra bilmədiyim tale yüklü məsələləri, planları, işləri sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə ümidlər bəsləyirəm” sözlərini də xatırlatdı.


QHT- rəhbərləri E.Rəhimova və N. Qəribova qeyd etdilər ki, məhz Heydər Əliyevin müdrik, uzaq görən daxili və xarici siyasətini özünün siyasi kursu elan edən Prezidentin məqsədyönlü fəaliyyəti və rəhbərliyi altında Azərbaycan xalqı və Azərbaycan ordusu qondarma problemin ədalətli həllinə nail olub. İndi Azərbaycan qalib dövlət, Azərbaycan xalqı isə qalib xalq kimi dünyada tanınır.

Məlumat üçün qeyd edək ki, tədbir Bakı QHT Resurs və Təlim Mərkəzinin ofisində kecirildi.

ELAZ.İNFO

Bizi izləyin və paylaşın
Verified by MonsterInsights