Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsman) müstəqil monitorinq fəaliyyəti çərçivəsində idman yarışlarında və məşq prosesində tibbi müayinələrin məcburi xarakter daşımasının hüquqi əsasları və milli qanunvericiliyin təkmilləşdirilməsi haqqında analitik arayış hazırlanıb.
ELAZ.İNFO xəbər verir ki, araşdırmada xüsusilə yüksək riskli və döyüş idman növlərində idmançıların, o cümlədən yetkinlik yaşına çatmayan şəxslərin sağlamlığının və təhlükəsizliyinin daha etibarlı təmini məqsədilə mövcud qanunvericiliyin və tibbi nəzarət mexanizmlərinin təkmilləşdirilməsinin vacibliyi qeyd olunub.
Beynəlxalq təcrübəyə əsaslanaraq idmançıların yarışlara, sparrinq və intensiv məşq proseslərinə buraxılmasından əvvəl kompleks və çoxpilləli tibbi müayinələrdən keçməsinin zəruriliyi vurğulanıb. Yüksək riskli idman növləri üzrə MRT, genişləndirilmiş kardioloji müayinə və nevroloji qiymətləndirmənin məcburi qaydada həyata keçirilməsi üçün milli qanunvericiliyin təkmilləşdirilməsi təklif edilib. İdmançıların sağlamlıq vəziyyətinə nəzarəti gücləndirmək üçün aralıq tibbi monitorinq mexanizminin və vahid elektron tibbi nəzarət reyestrinin yaradılmasının vacibliyi bildirilib. Aparılmış araşdırmanın nəticələri ilə əlaqədar Ombudsman tərəfindən aidiyyəti quruma rəsmi məktub ünvanlanıb.
Ruslan MƏMMƏDOV


