İşığı İfrat Sürətlə İdarə Edən Yeni Material Yaradıldı

Rusiya, İsveçrə və Çin alimləri işıq impulsunun xassələrini saniyədə bir milyard dəfəyə qədər dəyişməyə qadir olan silisium əsaslı ultra-nazik təbəqə (metasəth) hazırlayıblar.

ELAZ.İNFO xəbər verir ki, İTMO Universitetinin (Sankt-Peterburq) mətbuat xidmətinin məlumata görə, bu kəşf optik hesablama sistemlərinin, biosensorların və yeni nəsil məlumat ötürmə şəbəkələrinin işlənib hazırlanmasını kəskin sürətləndirəcək. Yeni metasəth xarici siqnallarla modulyasiya olunaraq orta infraqırmızı diapazonda idarə edilir. Lazerr impulsu silisiumun xassələrini nanosaniyələr ərzində dəyişir. Bu da müasir prosessorların takit tezliyi ilə müqayisə olunacaq səviyyədə — giqaherts tezliyində siqnal emalına imkan verir. Texnologiyanın unikallığı metasəthin bərk altlıq üzərində deyil, havada sərbəst asılmış 1 mikron qalınlığında silisium membran üzərinə çəkilməsidir. Lazer və ya elektrik cərəyanı ilə qızdırıldıqda maddədə yaranan sərbəst elektronlar materialın şəffaflığını anında dəyişir. Yaradılan material maddələrin kimyəvi tərkibini təyin edən kompakt spektrometrlərin, termal kameraların, məlumatın birbaşa işıq şüasında kodlaşdırıldığı təhlükəsiz optik rabitə sistemlərinin və minimum enerji sərf edən hesablama qurğularının əsasını təşkil edə bilər.

Ruslan MƏMMƏDOV

Bizi izləyin və paylaşın