Rusiyanın “R-Pharm” əczaçılıq şirkəti və AIRI Elmi-Tədqiqat İnstitutu süni intellekt (Sİ) modellərindən istifadə edərək Altsheymer xəstəliyinin müalicəsi üçün yeni antitellər işləyib hazırlayır.
ELAZ.İNFO xəbər verir ki, “Texnoprom” forumu çərçivəsində açıqlama verən C İnstitutunun Sİ vasitəsilə yeni dərmanların hazırlanması mərkəzinin direktoru Artur Kadurin layihənin əsas hədəflərini açıqlayıb. Altsheymer kimi neyrodegenerativ xəstəliklərin müalicəsində ən böyük çətinlik molekulların beynin müdafiə qatından (hematoensefalik sədd) keçə bilməməsidir. Tədqiqatın əsas məqsədi dərmanın hədəfini tapmaqdan ziyadə, molekulları bu təbii səddən keçirə biləcək xüsusi çatdırılma sistemini yaratmaqdır. Süni intellekt algoritm modelləri vasitəsilə antitellər elə modifikasiya olunur ki, onlar beynin müdafiə qatını keçərək birbaşa zədələnmiş zəncirlərə təsir edə bilsin. Əgər sınaqlar uğurla yekunlaşarsa, yaradılan çatdırılma texnologiyası mərkəzi sinir sisteminin digər ağır xəstəliklərinin müalicəsində istifadə olunan dərman siniflərinə də tətbiq edilə biləcək.
Ruslan MƏMMƏDOV


