Bakının bir sıra ərazilərində körpü və yol ötürücülərinin texniki vəziyyətini dəqiq qiymətləndirmək məqsədilə genişmiqyaslı instrumental müayinələr aparılacaq.
ELAZ.İNFO xəbər verir ki, bu müayinələrin keçirilməsində əsas məqsəd paytaxtdakı mühəndis qurğularının mövcud texniki vəziyyətini müəyyənləşdirmək, onların təhlükəsizliyini və uzunömürlülüyünü təmin etməkdir. Yol ötürücüləri və körpülərin dayanıqlılığını yoxlamaq, yarana biləcək hər hansı texniki qüsur və ya deformatik dəyişiklikləri öncədən aşkar etmək. Mühəndis qurğularının normativ tələblərə uyğunluğunu qiymətləndirmək və ehtiyac olduqda vaxtında təmir-bərpa işlərinə başlamaq. Paytaxtda nəqliyyat sıxlığının və yük gərginliyinin artmasını nəzərə alaraq, infra-strukturların yükgötürmə qabiliyyətini və aşınma dərəcəsini dəqiqləşdirmək. İnstrumental müayinələr vasitəsilə mühəndis qurğularının faktiki vəziyyəti barədə xüsusi rəy hazırlanacaq.
Gunel GÜNTAC


