Cənubi Qafqazda sülh və regional əməkdaşlıq perspektivləri müzakirə olunur

“Bakıya Yatırılan 200 Milyard Dolların Hansı Sahələrə Xərcləndiyi Müzakirə Olunmalıdır”

Son 20 ildə Paytaxt Bakıya 200 milyard dollardan çox investisiya yatırılıb. Deputat Razi Nurullayev vurğulayıb ki, əsas diqqət rəqəmin özünə deyil, bu nəhəng vəsaitin hansı sahələrə yönəldilməsinə və cəmiyyət üçün yaratdığı real nəticələrə yönəlməlidir.

ELAZ.İNFO xəbər verir ki, parlament üzvü 200 milyard dolların kifayət qədər böyük bir məbləğ olduğunu və cəmiyyətin bu vəsaitlərin idarə olunması ilə bağlı suallar verməsinin tamamilə normal hüququ olduğunu qeyd edib. Yatırılan vəsaitlərin nə qədərinin nəqliyyat sisteminə, yolların tikintisinə, su və kanalizasiya xətlərinə, həmçinin digər kommunal infrastruktura xərcləndiyi aydınlaşdırılmalıdır. Əhiyyə, təhsil və şəhərin ekoloji vəziyyətini yaxşılaşdıran yaşıllıq sahələrinə ayrılan investisiya payı diqqətdə saxlanılmalıdır. Konkret layihələrə ayrılan vəsaitlərin effektivliyi və həmin layihələrin Bakı sakinərinin gündəlik həyat şəraitini necə dəyişdiyi əsas qiymətləndirmə meyarı olmalıdır.

Ruslan MƏMMƏDOV

Bizi izləyin və paylaşın