ELAZ.İNFO xəbər verir ki, 3 avqust yazıçı Elçin Əfəndiyevin anım günüdür. Maraqlı əsərləri qaldı. Elçin yüksək intellekti ilə seçilən yazıçı idi. Atası İlyas Əfəndiyev və kitabxanası onun üçün əsl Universitet olmuşdur.
Düşüncəmə görə Elçin intellektini tam şəkildə cəmiyyətə ötürə bilmədi. Tutduğu yüksək vəzifə də buna mane oldu. Böyük yazıçı və şairlərin ədəbiyyat mühazirələri, məktubları, müsahibələri, Universitetlərdə görüşəri, esseləri böyük maraq kəsb edir. Onların gənclərlə görüşü xüsusi hadisə kimi dəyərləndirilir.
Kitab mağazalarında yazıçılarımızın əsərləri satılmır. Hər bir tanınmış yazıçı və şairin doğum günündə və vəfatı günündə yad edilməsi kütləvi hərakata çevrilməlidir.
Böyük yunan şairi, Nobel mükafatı laureatı Odiseas Elitisin (1911-1996) anım günündə onun “Ləyaqət” poemasına bəstələnmiş oratoriya bütün Yunanıstan boyu səsləndirilir.
Etibar ƏLİYEV


