ELAZ.İNFO xəbər verir ki, İraqın Baş nazirinin Prezident Donald Trampla görüşü İranda sərt reaksiya doğurub.
İran liderinin beynəlxalq məsələlər üzrə baş müşaviri Əli Əkbər Vilayəti ölkə mediasında, o cümlədən Təsnim agentliyində yayımlanan açıqlamasında Əli əl-Zeydini “gənc və təcrübəsiz baş nazir” adlandıraraq onun ABŞ səfərini kəskin tənqid edib.
ABŞ Prezidenti görüş zamanı bildirib ki, Amerika qüvvələri sentyabrın 30-dək İraqı tərk edəcək, bunun əvəzində isə Amerika şirkətləri bu ölkədə fəaliyyətlərini genişləndirəcəklər.
Əli əl-Zeydi isə ABŞ-ın rəhbərlik etdiyi koalisiyanın missiyası başa çatdıqdan sonra dövlətin nəzarətindən kənarda olan heç bir silahlı qrupun silah daşımasına icazə verilməyəcəyini vurğulayıb. Bu mövqe İranın dəstəklədiyi silahlı qrupların, o cümlədən Həşd əş-Şəbinin fəaliyyətinə təsir göstərə bilər.
Aydan


