Türkiyəni ərəb ölkələrinin aqibətinə çevirə bilmədilər

ELAZ.İNFO

Düz on il əvvəl 15 iyul 2016 cı ildə Türkiyədə baş verən dövlət çevrilişinə cəhd hadisəsi nəyə görə baş verdi? Məlumdur ki, 1960, 1971, 1980, 1997 və 2007 ci illərdə dövlət çevrilişi cəhəti uğurla olmuş və qanuni hökuməti istefa verməyə məcbur etmişlər. Nəyə görə qan qardaşımız Türkiyədə dövlət çevrilişləri tez-tez baş verib?


Məlumdur ki, məkirli güc mərkəzləri dünyada hökmranlıq etmək üçün hər zaman tarixi Türk dövlətlərini o cümlədən Osmanlı və Qacarlar dövlətlərini yox etmişlər. Qacarlar dövlətimiz yumşaq hibrit xain siyasətlə 1925 ci ildə tam farslaşdırıldı. Osmanlı dövləti və Rusiya İmperiyaları da yox edildi. Stalin Rusiya İmperiyasını iki dəfə (1914-1918. 1941-1945) xilas etdi və SSRİ adlı Rus imperiyası yaradıldı. Böyuk Mustafa Kamal Atatürk Türk xalqını dövlətsiz qoymadı, müasir Türk Respublikasını yaratdı. Bilmək lazımdır ki, 100 il əvvəl dünyaya hökmranlıq etmək istəyən güclər, bu gün də elə həmən güclərdir. Onların varisləridir. ABŞ, İngiltərə, qərb güc mərkəzi bu gün də ənənəvi rəqibi olan Rusiya ilə Ukraynada, İranda və digər istiqamətlərdə mübarizəsini davam etdirir. Bu güc mərkəzləri, hər zaman butün Türk xalqlarını və Türk dövlətlərini, o cümlədən Türkiyəni də özlərinə potensial rəqib görürlər. Biz onları özümüzə rəqib, düşmən görmürük. Onlar bizi özlərinə hər zaman potensial rəqib olaraq görür. Ona görə də müasir Türk dövləti hər zaman iqtisadiyyatı, hərbi sənayesi inkişaf edəndə, müstəqil siyasət aparanda, bu məkirli güclər əvvəlcədən Türkiyənin içində ələ aldıqları cəsusları vasitəsi ilə dövlət çevrilişi edirlər.

Bu yolla onlar Türkiyənin güclənməsinin qarşısını alırlar. Onlar hər zaman çevrilişdə “sözə baxan” prezidentin hakimiyyətə gəlməsini dəstəkləyirdilər. Beləliklə Türk dövlətinin müstəqil siyasətinin qarşısını alırdılar. Beş dəfə dövlət çevrilişinə nail olublar. Əgər diqqətlə baxsaq görərik ki, hər dəfə dövlət çevrilişləri, Türkiyə prezidenti müstəqil siyasət aparanda, hərbi sənayesini gücləndirmək istədikdə, baş verib. 2016 il 15 iyulda çevrilişə cəht zamanı da Prezident cənab Rəcəb Tayyib Ərdoğan müstəqil siyasəti ilə iqtisadiyyatı, hərbi gücü inkişaf etdirərək, ölkəni inkişaf xətti ilə irəli aparırdı. Artıq Türkiyə Türk dövlətləri ilə müttəfiq olur, Türk Dövlətləri Təşkilatında iştirak edir, bu təşkilata önəm verir. Bütün bunları görən məkirli güclər bu inkişafın qarşısını almaq üçün 15 İyul 2016 ildə Türkiyəni inkişaf etdirən hakimiyyəti devirməyə cəht etdilər. Xoşbəxtlikdən sonuncu dəfə xarici güclərin xain planı uğursuz oldu. Türkiyə dövləti ilə Türk xalqının birliyi İstanbulda da, Ankarada da bu cəhətin qarşısını qətiyyətlə aldı! Bu, bütün Türk dövlətlərinin, bütün Türk dünyasının, TDT-nın qələbəsi idi! Bu prezident cənab R.T. Ərdoganın siyasətinin parlaq qələbəsi idi! 15 iyul gecəsi, məkirli güclərin məğlub olma gecəsi oldu! Bu gün müasir Türkiyə uğurla dünyada geosiyasi mövqeyini və gücünü artırır! Qurulmaqda olan yeni dünya nizamında Türkiyə, Türk dövlətləri və TDT önəmli geosiyasi oyunçu olaraq özünə layiq səviyyədə qərarlaşacaq.


İyulun 13 də Şusada 4-çü Qlobal Media Forumu zamanı Azərbaycan Prezidenti cənab İlham Əliyev belə bir fikri bəyan edib. “Əgər kimsə fikirləşir ki, bizi istəməyən qüvvələr bizdən əl çəkəcək, olmayacaq, heç vaxt olmayacaq. Bu mübarizə daimi olmalıdır-mübarizə öz hüquqlarımızı qorumaq üçündür, mübarizə öz milli kimliyimizi qorumaq üçündür, öz müstəqilliyimizi öz əlimizdə saxlamaq üçündür.”


Bəli! Olduqca doğrudur! Məkirli güclər bizdən, bütün Türk dövlətlərindən heç vaxt əl çəkməyəcək! 100 il, 300 il əvvəl də bizdən əl çəkməyirblər, 100 il 300 il sonra da bizdən əl çəkməyəcəklər! Əgər milli kimliyimizi, müstəqil dövlətimizi qorumaq istəyiriksə, güclü olmalıyıq, Türk Dövlətləri Təşkilatını dayanmadan gücləndirib güc mərkəzi səviyyəsinə yüksəltməliyik! Birliyimiz əbədi olmalıdır! TDT dünyada sülhü qoruyan ən ədalətli güc mərkəzi olacaq!

Tahir Ələkbərov

Bizi izləyin və paylaşın