Yenə də distant təhsil?

ELAZ.İNFO

Yenə də hazır deyilik? Niyə?

Təəssüf ki, pandemiyadan 5 il keçməsinə baxmayaraq, biz distant təhsilə yenə də hazır deyilik. Amma müxtəlif səbəblərdən, distant təhsildən epizodik olaraq istifadə edirik.

Bizim ən böyük problemlərimizdən biri də rəqəmsal pedaqogikanın zəif olmasıdır.

Ölkənin təhsil sisteminin distant təhsilə hazırlığının diaqnostikası təhsil siyasətinin əsas strateji istiqamətlərindən biri olmalıdır.
Azərbaycan üçün əsas vəzifə distant təhsili müvəqqət həll yolu kimi deyil, gələcəyin təhsil modelinin əsas elementi kimi qəbul etməkdir. Yalnız bu halda təhsilin əlçatanlığı artar, regionlararası fərqlər azalar, insan kapitalı güclənər, ölkənin qlobal rəqabət qabiliyyəti yüksələr.

Əcnəbilər platforma iqtisadiyyatı,platforma universiteti qururlar,biz hələ distant təhsil qurmamışıq.

İlham Əhmədov

Dosent

Bizi izləyin və paylaşın