Pakistan Baş naziri Prezident İlham Əliyevi ölkəsinə səfərə dəvət edib

ELAZ.İNFO xəbər verir ki, Prezident İlham Əliyev Şahbaz Şəriflə telefon danışığı aparıb


Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif Prezident İlham Əliyevə telefonla zəng edib.

Bu barədə Prezident İlham Əliyevin “X” hesabında paylaşım edilib.

Tərəflər enerji, ticarət və xalqlar arasında əlaqələr daxil olmaqla bir sıra əsas sahələrdə əməkdaşlığın davamlı şəkildə genişlənməsini məmnunluqla qeyd ediblər.

Telefon danışığı zamanı tərəflər regional proseslər, xüsusilə də Yaxın Şərqdəki vəziyyət barədə fikir mübadiləsi aparıblar.

Prezident İlham Əliyev Pakistanın vasitəçilik rolunu və münaqişə tərəfləri arasında atəşkəsin təmin olunması istiqamətində göstərdiyi səyləri yüksək qiymətləndirib. Dövlət başçısı bu fəaliyyətin Pakistan rəhbərliyinə beynəlxalq səviyyədə olan güclü etimadın göstəricisi olduğunu bildirib.

Tərəflər əlaqələrin daha da dərinləşdirilməsi məqsədilə təmasların davam etdirilməsi barədə razılığa gəliblər.

Aydan

Bizi izləyin və paylaşın