Yaxın Şərq dünyanın yaşam və ölün mərkəzinə çevrilib.
Hadisələrdə İran görünür. Regiondan yayılan xəbərlər göstərir ki, diplomatik missiyaların fəaliyyətinin məhdudlaşdırılması, xarici vətəndaşların təxliyəsi və artan hərbi ritorika artıq adi siyasi gərginlik çərçivəsini aşır.
Beynəlxalq praktikada diplomatik heyətin kütləvi şəkildə geri çağırılması ciddi təhlükə siqnalı sayılır.
Son günlər ABŞ, Böyük Britaniya, Kanada, Almaniya, Fransa, Avstraliya, İtaliya, Niderland, Yaponiya və Cənubi Koreya kimi ölkələrin İrandakı diplomatik personalının bir hissəsinin geri çağırması ; beynəlxalq ictimaiyyət üçün açıq mesajdır.
Bir çox dövlət öz vətəndaşlarına İrana səfər etməmək və ya mümkün qədər ölkəni tez tərk etmək barədə çağırış edib.
Bu faktiki olaraq İranda “qaça-qaç” atmosferinin formalaşdığını göstərir.
Gərginliyin əsas səbəblərindən biri İranın nüvə proqramı ətrafında yaranmış yeni qarşıdurmadır.
Qərb paytaxtları Tehranın nüvə fəaliyyətini sürətləndirdiyini iddia edir, Tehran isə proqramın sülh məqsədli olduğunu bildirir. Uzun illərdir davam edən bu mübahisə artıq təkcə diplomatik müstəvidə deyil ; həm də hərbi ssenarilərin işə salınması mərhələsinə keçib.
Vaşinqtonun iqtisadi sanksiyalar və siyasi təzyiq alətləri ilə Tehranı yeni razılaşmaya məcbur etmək cəhdləri nəticə vermədiyi üçün ; alternativ variantlar gündəmə gəlir.
Artıq regionda hərbi qarşıdurma artmaqdadır.
İsrail ilə İran arasında uzun müddətdir davam edən toqquşmalar son aylarda daha açıq və sərt fazaya keçib. Proksi qüvvələr vasitəsilə həyata keçirilən hücumlar, raket zərbələri və qarşılıqlı hədələyici bəyanatlar vəziyyəti kritik həddə çatdırıb. Xüsusilə İsrailin və ABŞ-ın İranın mühüm obyektlərinə zərbələri ; regionda narahatlığı maksimum səviyyəyə qaldırır.
Artıq Fars körfəzi və Hörmüz boğazı risk zonalarına çevrilib.
Dünya enerji tədarükünün əhəmiyyətli hissəsi məhz bu marşrutdan keçir.
Hərbi eskalasiyanın artması ; qlobal enerji bazarında kəskin qiymət artımına, nəqliyyat marşrutlarının pozulmasına və dünya iqtisadiyyatında yeni şok dalğasına səbəb ola bilər.
Xüsusiylə , ABŞ-ın regionda hərbi mövcudluğunu artırması diqqətdən yayınmır.
Bu, təkcə siyasi təzyiq mexanizmi deyil ; eyni zamanda hərbi ssenarilərin işə salınmasıdır.
Yayılan məlumatlara görə raket zərbələrindən sonra İran İslam Respublikasının dini ; əslində isə siyasi və faktiki rəhbəri — Əli Xomeyeni öldürülüb.
Diplomatik korpusların təxliyəsi ; genişmiqyaslı qarşıdurma ehtimalının artdığını göstərir.
İranda daxili vəziyyət qeyri-müəyyən və gərgin olaraq qalır.
İqtisadi çətinliklər, sanksiyaların təsiri və beynəlxalq təcrid ; ölkə daxilində sosial gərginliyi artırır.
İmkanı olan vətəndaşların ölkəni tərk etməsi ilə bağlı məlumatlar psixoloji basqının dərinləşdiyini göstərir. Bu isə daxili sabitlik faktorunu da risk altına salır.
Hazırda bütün diqqətlər Tehranın və Vaşinqtonun atacağı növbəti addımlara yönəlib. Qarşıdakı günlərdə veriləcək qərarlar yalnız İranın deyil ; bütövlükdə Yaxın Şərqin təhlükəsizlik arxitekturasını müəyyən edə bilər.
Diplomatik gərginlik hərbi müstəvidə davam edərsə , bu, son illərin ən böyük regional böhranına çevriləcək və təsirləri qlobal miqyasda hiss olunacaq.
Nəticə etibarilə onu demək mümkündür ki , İranda başlayan diplomatik “qaça-qaç” təsadüfi hadisə deyil. Bu, regionda yeni və daha geniş qarşıdurmanın mümkünlüyünə işarədir.
Yaxın Şərq artıq növbəti tarixi dönüş nöqtəsinə yaxınlaşır və atılacaq addımlar təkcə bir ölkənin deyil ; bütöv beynəlxalq sistemin sabitliyinə təsir göstərə bilər.
Aydan