ELAZ.İNFO xəbər verir ki, bəşəriyyətin mikroskop və genetikadan xəbərsiz olduğu bir dövrdə qoyulan donuz əti qadağası bu gün müasir laboratoriyaların ən böyük tədqiqat mövzusuna çevrilib. İslam dininin bu canlını rics yəni murdar adlandırması sadəcə dini bir hökm deyil müasir tibbin dili ilə desək biokimyəvi bir xəbərdarlıqdır. Alimlər müəyyən ediblər ki donuz digər ev heyvanlarından fərqli olaraq tər vəzilərinə malik deyil və bu xüsusiyyət bədəndəki bütün sidik turşusunun və toksinlərin xaric olunmaq əvəzinə birbaşa əzələ toxumasına hopmasına səbəb olur. Alman həkimi Hans-Heinrich Reckeweg tərəfindən sutoksin adlandırılan bu zəhərli maddələr insan bədəninə daxil olduqda limfa sistemini ağırlaşdırır və hüceyrə səviyyəsində iltihabi prosesləri tətikləyir.

Dinin bu əti qadağan etməsinin ən sarsıdıcı elmi isbatı isə trixinelloz parazitidir. Bu mikroskopik düşmən ətin lifləri arasında kalsiumdan zireh yaradaraq ən yüksək temperaturda belə sağ qala bilir və insan orqanizminə sızdıqda birbaşa beyin və ürək əzələsini hədəf alır. 1400 il əvvəl bu mikroskopik canlını görmək qeyri-mümkün olsa da qoyulan qəti qadağa bəşəriyyəti bu görünməz qatildən qorumaq üçün verilən səmavi bir qərardır.
Məsələnin ən canlandırıcı və mənəvi tərəfi isə qidanın insan xarakterinə təsiridir. Elmi araşdırmalar sübut edir ki insan qəbul etdiyi canlının hormonlarını və bioloji kodlarını da mənimsəyir. Heyvanlar aləmində öz dişisini qısqanmayan və ailə fərdlərinə qarşı qoruma instinkti (qeyrət hissi) olmayan yeganə canlı məhz donuzdur. İlahiyyatçı alimlər və bəzi sosioloqlar bu ətin mütəmadi istehlakının insanlarda qeyrət və qısqanclıq kimi ali hisslərin körelməsinə və mənəvi deqradasiyaya yol açdığını iddia edirlər. Beləliklə elmin yeni kəşf etdiyi sutoksin və genetik risklər dinin 14 əsr əvvəl təyin etdiyi murdar anlayışı ilə tam bir dialoq təşkil edir. Bu faktlar göstərir ki səmavi qərarlar praktik sınaqlara deyil insan orqanizminin gizli şifrələrinə söykənən dəyişməz həqiqətlərdir.
Ruslan MƏMMƏDOV