Maştağada evdən qızıl oğurlanıb

ELAZ.İNFO xəbər verir ki, Maştağa qəsəbəsi ərazisində sakinlərdən birinin evindən oğurluq edilib.

Sabunçu RPİ 14-cü Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən şəxslər – N.Abbasov, O.Abbasov, F.Mövsümov və N.Vəliyev müəyyən edilərək saxlanılıblar.

Onların daxil olduqları evdən 8000 manat dəyərində qızıl-zinət əşyaları və mobil telefon oğurladıqları müəyyən edilib. Araşdırma aparılır.

Aydan

Bizi izləyin və paylaşın