19 oktyabrda Fransanın Paris şəhərindəki Luvr Muzeyində baş verən tarixi soyğunçuluqla bağlı istintaq davam edir.
ELAZ.İNFO xəbər verir ki, hadisə ilə bağlı dörd şübhəlinin həbsindən sonra prokuror bildirib ki, yeddi dəqiqəlik soyğunçuluq peşəkarlar tərəfindən deyil, “kasıb məhəllələrdən olan orta səviyyəli cinayətkarlar” tərəfindən həyata keçirilib.
Fransa mediasına danışan prokuror Laure Beccuau soyğunçuların Paris ətraflarından gəldiyini və həbs olunan dörd nəfərin yerli cinayətlərdə iştirak etdiyini bildirib.
Günel GÜNTAC
