Respublikanın ayrı-ayrı rayonlarında 4 avtomat silahı və yüzlərlə patron aşkarlanıb.
ELAZ.İNFO xəbər verir ki, Azərbaycan Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəisi Elşad Hacıyev özünün sosial şəbəkə hesabında yazır ki, “mayın 6-da polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 4 avtomat silahı, 5 tüfəng, 10 patron darağı və 1131 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər”.
Elşad Hacıyev qeyd edib ki, “Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir”.
İlahə BAYINDIR
